Azərbaycan yığmasının və "Qarabağ"ın futbolçusu Riçard Almeyda milli karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, məlumatı 34 yaşlı yarımmüdafiəçi özü yayıb.
Braziliya əsilli futbolçu qərarını şəxsi "İnstagram" hesabı üzərindən açıqlayıb.
Qeyd edək ki, Almeyda 2017-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur. 31 oyunda meydana çıxan futbolçu 3 qola imza atıb.