“Qarabağ” və “Qalatasaray” klublarının rəhbərliyi arasında görüş olub.
Fanat.Az xəbər verir ki, toplantı İstanbul klubunun ev oyunlarını keçirdiyi “Nef” stadionunda keçirilib.
Görüşdən fotonu Ağdam klubunun direktoru Emrah Çelikel şəxsi “İnstağram” hesabında paylaşıb.
Qeyd edək ki, martın 2026-da Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib. Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.