Azərbaycan millisinin boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan olimpiya mükafatçısı və dünya çempionu yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb.
O, hər 3 raundu xeyrinə bitirib. Dominqes yekunda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, final döyüşünə mayın 14-də çıxacaq.
Qeyd edək ki, axşam saatlarında millinin daha bir boksçusu – Məhəmməd Abdullayev (+92 kq) yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.