Milli karyerasını bitirdiyini açıqlayan Riçard Almeydanın klubdakı qibəti də bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi ilə müqavilə yenilənəcək.
Bu yay ağdamlılarla olan anlaşmasının müddəti başa çatacaq Riçard 1 illik sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, Almeyda cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 42 oyun keçirib. Bu qarşılaşmalarda 2 qol vuran "sambaçı" eyni sayda məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat