"Mançester Yunayted"in sabiq baş məşqçisi Ule-Qunnar Sulşer "qırmızı şeytanlar"ın əfsanəvi çalışdırıcısı Aleks Ferqüsonun ondan üzr istədiyini açıqlayıb.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, norveçli mütəxəssis Kriştianu Ronaldunu ehtiyatda saxladığı üçün onun ünvanına tənqidi fikirlər səsləndirən Ferqüsonun sonradan səhvini anlayaraq üzrxahlıq etdiyini bildirib:
"Ronaldunu ehtiyatda saxlayanda məni tənqid edən Ferqüson sonradan zəng vuraraq üzrxahlıq etdi. Daha əvvəl və sonra belə şey olmayıb. O, yalnız həmin vaxt məndən üzr istədi. Çünki bilirdi ki, "Mançester Yunayted"in baş məşqçisi olmaq çətindir. Orada işləyirsənsə, əvvəlki baş məşqçilər sənə həmişə məsləhət verməyə çalışırlar".
Xatırladaq ki, Sulşer futbolçu kimi də formasını feyindiyi MY-ni 2018-2021-ci illər aralığında çalışdırıb.
Nihat