İngiltərənin "Çelsi" klubu Frenk Lempardın rəhbərliyi altında toparlana bilmir.
Fanat.Az xəbər verir ki, İPL-in 36-cı turunda öz meydanında "Nottingem Forest"lə 2:2 hesablı heç-heçə edən "zadəganlar" son 28 ilin ən pis nəticcəsinə imza atıb.
London təmsilçisi ardıcıl 6 ev oyununda qələbə qazana bilməyib ki, bu da klub tarixinin 21-ci əsrdəki ən bərbad göstəricisidir.
Qeyd edək ki, 40 xala malik "Çelsi" hazırda çempionatın turnir cədvəlində 11-ci pillədə mövqe tutub.
Nihat