İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsi Romano yayıb.
Xəbərə görə, bu, Dortmund "Borussiya"sının 27 yaşlı yarımmüdafiəçisi Mahmud Dauddur. 2017-ci ildən "arılar"ın formasını geyinən Almaniya millisinin üzvünün ona daha yüksək əməkhaqqı ödəməyə hazır olan "Brayton"a azad agent qismində qoşulacağı vurğulanıb.
Qeyd edək ki, "Brayton" İPL-in turnir cədvəlində 8-ci pillədədir.
Nihat