“Atletiko Madrid”in hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Fichajes” yayıb.
Xəbərə görə, hücum xəttini gücləndirməyi hədəfləyən “Milan” onun klubuna təklif hazırlayır. Mənbə "qırmızı-qaralar"ın rəhbərliyinin Moratanın İtaliya təcrübəsinə güvənirlər və məhz bu futbolçunun işə yarayacağından əmindirlər.
Qeyd edək ki, Morata bu mövsüm "Atletiko" forması ilə bütün turnirlərdə 42 oyuna çıxıb, 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat