Milan "İnter"ində icarə əsasında çıxış edən belçikalı hücumçu Romelu Lukakunun gələcəyinə böyük ölçüdə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, təcrübəli hücumçu karyerasını “neradzurri”də davam etdirmək istəyir.
Məlumatı tanınmış insayder Nikolo Şkira yayıb. Onun iddiasına görə, “İnter” futbolçunun gələcəyi ilə bağlı yekun qərarını yaxın günlərdə verəcək. Tərəflər razılaşmasalar, o zaman Lukaku müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacaq.
Lukaku bu mövsüm İtaliya çempionatında 22 oyun keçirib, 8 qol (ikisi penaltidən) vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa