Müqavilə ilə "Mançester Siti"yə məxsus olan, hazırda icarə əsasında "Bayern Münhen"in formasını geyinən Joau Kanselu karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı Lortuqaliyanın "A Bola" nəşri yayıb.
"Arsenal" onunla yaxından maraqlanır və yayda sıralarına qatmağa hazırlaşır. "Mançester Siti" portuqaliyalını 70 milyon avroya satmağı planlaşdırır.
Kanselu Mançesteri qışda tərk edərək Almaniyaya üz tutub. "Bayern" artıq 28 yaşlı futbolçu ilə icarə müqaviləsinin müddətini uzatmaq istəmədiklərini açıqlayıblar.
Kanselu Bundesliqada mövsümün ikinci hissəsində 13 oyun keçirib və 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa