PSJ-nin Neymarla bağlı planları açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sports Zone" yayıb.
Xəbərə görə, Fransa nəhənginin rəhbərliyi ağır zədə üzündən cari mövsümü erkən başa vuran ulduz hücumçudan qurtulmaqda qərarlıdır. Mənbə bu yay Neymarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcəyini və ya onun "Mançester Siti"nin futbolçusu Bernardu Silva ilə dəyişdiriləcəyini vurğulayıb. Silva variantını klub bosslarına idman direktoru Luiş Kampuşun məsləhət gördüyü bildirilib.
Bundan başqa, "sambaçı"nı "Mançester Yunayted" və "Çelsi" kimi İngiltərə nəhənglərinin istədiyi, lakin onlardan heç birinin forvardın tələb etdiyi əməkhaqqını tam şəkildə ödəməyə hazır olmadığı diqqətə çatdırılıb.
Nihat