La Liqanın 34-cü turunun oyunundan (2:4) sonra "Espanyol" azarkeşləri "Barselona"nın futbolçularına hücum çəkib.
Fanat.Az xəbər verir ki, qonaq komandanın çempionluğu bayram etməsi yerli tərəfdarları qıcıqlandırıb.
"Barselona"nın futbolçuları qaçaraq paltardəyişmə otağına üz tutublar. Təhlükəsizlik xidməti və polis tunelin qarşısında azarkeşlərin qarşısını kəsməyi bacarıb. Tamaşaçılar mühafizəçilərə müxtəlif əşyalar, o cümlədən stullar atmağa atıblar.
"Espanyol" rəsmiləri hadisəyə görə üzr istəyib.
Mirağa