"Arsenal"ın yarımmüdafiəçisi Martin Edeqor Premyer Liqada çempionluq yarışından danışıb.
Fanat.Az xəbər verir ki, məyusluğunu gizlətməyən kapitan "BBC Sport"a açıqlamasında titul mübarizəsinin bitdiyini etiraf edib:
“Gəlin realist olaq, titul qazanmaq çətin olacaq. Möcüzə baş verəcəyini, "Mançester Siti"nin çoxlu səhv edəcəyini düşünmürəm. Bizə sadəcə meydançaya qayıtmaq və mövsümü yaxşı başa vurmaq lazımdır. Düşünürəm ki, hamı buna layiqdir, xüsusən də azarkeşlər.
Mövsüm boyu çox şeyi yaxşı etdik, amma indi məyusuq. Ancaq məyusluq yaxşı əlamətdir, biz böyüməyə və təkmilləşməyə davam etməliyik".
“Arsenal” növbəti matçını mayın 20-də səfərdə “Nottingem Forest”ə qarşı keçirəcək. Mövsümün bitməsinə 2 tur qalmış “topçular” “Mançester Siti”dən 4 xal geri qalır. Üstəlik, "şəhərlilər"in ehtiyatda bir oyunu qalır.
Mirağa