"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman Lionel Messinin Kataloniya klubuna qayıdacağına şüphə edir.
Fanat.Az xəbər verir ki, niderlanlı mütəxəssis bu barədə ESPN-ə açıqlamasında bildirib:
"Laporta Messiyə getməyə icazə verdiyi üçün məşhurlaşdı və bu imicini qorumağa çalışır. Messinin "Barselona"ya geri dönəcəyinə inanmıram. Buskets gedəcək. Jordi Alba da qalmayacaq. Bu 3 nəfər dostdurlar. Bu 3 nəfər birlikdə Mayami və ya Səudiyyə Ərəbistanına getsələr, çox təəccüblənərəm".
Qeyd edək ki, Niderlan millisinin çalışdırıcısı 1998-2000 və 2020-2021-ci illər mövsümündə "Barselona"nın baş məşqçisi olub.
Röya