Fransa millisinin və "Tottenhem"in qapıçısı Uqo Lyoris mövsümün sonunda klubunu dəyişmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Təcrübəli qolkiper 11 ildir çıxış etdiyi "Tottenhem"i tərk etməkdə qərarlıdır. O, bunu özü üçün "nəfəslik" hesab edir. Mənbənin məlumatına görə, o, DÇ-2022-dən sonra psixoloji cəhətdən tükənib. “Tottenhem”in o zamankı baş məşqçisi Antonio Kontenin Lyorisdən dekabrın 24-də – Fransanın mundialın finalından cəmi altı gün sonra məşqə qayıtmağı tələb etməsi ona pis təsir edib.
Psixoloji gərginliyə baxmayaraq, Lyoris karyerasını bitirmək niyyətində deyil. Əksinə, 36 yaşlı qolkiper Səudiyyə klublarından birindən hazırki maaşından 3 qat artığı ilə təklif aldığı bildirilir. "Tottenhem"də o, həftədə təxminən 100 min funt sterlinq qazanır.
Mirağa