"Barselona"nın sabiq futbolçusu Tyerri Anri PSJ-nin ulduzu Lionel Messinin Kataloniya klubuna qayıtmasını istəyir.
Fanat.Az xəbər verir ki, 45 yaşlı veteran bu barədə "Diario Sport"a açıqlamasında bildirib:
"PSJ-də qalmasa, "Barselona"ya qayıtmasını istərdim. Çünki mən Messini görəndə sanki "Barselona"nı görürəm. Messini qınamaq? Bunu başa düşürəm, amma bunu etmək məcburiyyətində deyiləm. İnsanlar onun bu və ya başqa səbəbdən buna layiq olduğunu deyəcəklər, amma PSJ-nin problemi Messi deyil. Şəxsən o, mənə uzun müddətdir səy göstərdiyim şeyi qazanmağımda kömək etdi. Amma bir daha o fakta qayıdıram ki, heç kim məşqdən yayınmamalıdır. Mən bu etirazları başa düşürəm, çünki heç kim klubdan yuxarıda olmamalıdır. Qaydalara görə, həmişə belə olmalıdır. Bir məşqi buraxdığınız zaman cəzalandırılırsınız. Mən onunla oynadığım zamanlarda Messi heç vaxt problem olmurdu, əksinə problemin həlli olurdu".
Qeyd edək ki, Anri və Messi 2007-2010-ci illərdə "Barselona"da komanda yoldaşı olublar.
Röya