Rusiya millisinin və "Lokomotiv"in hücumçusu Artyom Dzyuba karyerasını davam etdirəcəyi klubla bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, məlumatı "Matç TV" yayıb.
34 yaşlı futbolçu “Rubin”dən sərfəli təklif alsa da, Moskva klubunda qalmaq istəyir.
Mənbənin məlumatına görə, hazırda Dzyubayla “Lokomotiv”in nümayəndələri arasında danışıqlar gedir.
Artyom Dzyuba bu ilin fevralında “Lokomotiv”ə keçib. O, 11 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi yayda başa çatır.
Mirağa