Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"The Telegraph": "Vulverhempton" yayda yarımmüdafiəçisi Ruben Neveşi yollamağı düşünür. "Canavarlar" portuqaliyalı futbolçunu 50 milyon avroya satmaqı planlaşdırır. Rubenin sözləşməsinin müddəti 12 ay sonra başa çatacaq. Onun xidmətində "Barselona" maraqlıdır.
"The Independent": "Mançester Yunayted" yeni qapıçı bəyənib. Bu, "Borussiya Dortmund"un qolkiperi Qreqor Kobeldir. İngiltərə klubu 25 yaşlı isveçrəli futbolçunu David De Xeaya əvəzedici olaraq görür. Ancaq Almaniya təmsilçisi Qreqoru buraxmaq niyyətində deyil. Əksinə ona yeni müqavilə təklif etməyi planlaşdırırlar.
Rəsmi: Uruqvay millisinin baş məşqçisi açıqlanıb. Komanda "Lids"in keçmiş çalışdırıcısı Marselo Byelsaya tapşırılıb. Müqavilənin şərtləri açıqlanmasa da, 67 yaşlı argentinalının komandanı 2026-cı il dünya çempionatına hazırlayacağı məlum olub.
Röya