"Çelsi" yeni transferə hazırlaşır.
Fanat.Az xəbər verir ki, London klubu yayda "Napoli"nin hücumçusu Viktor Osimxeni heyətinə qatacaq.
Məlumatı "The Guardian" yayıb. Xəbərə görə, seçimi klunun gələcək baş məşqçisi Maurisio Poçettino edib.
24 yaşlı mərkəz hücumçusu "Yuventus" və "Bayern Münhen"in də hədəfindədir. Lakin "Çelsi"nin rəqiblərini dəf edəcəyini bildirilir.
Qeyd edək ki, daha öncə "Çelsi"nin siyahısında "İnter"in hücumçusu Lautaro Martines və "Brentford"dan Ayven Tuoni olduğu iddia olunurdu.
Röya