"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandanın növbəti mövsüm üçün hədəfini açıqlayıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis DAZN-a müsahibəsində bu haqda danışıb.
“Biz Çempionlar Liqasında çıxış etməyə imkan verən ilk dördlükdə yer qazana bildik və hazırda ikinci yerdəyik. Bu, artıq keçən mövsümdəkindən yaxşıdır. Lakin gələn mövsüm nəticəmizi yaxşılaşdırmaq üçün potensialımız var. Ola bilsin ki, gələn mövsüm dərhal düzgün yanaşma tapa biləcəyik. Məqsədimiz yenə turnir cədvəlində yüksək yerlər uğrunda mübarizə aparmaq olacaq. Lakin komandaya çox təzyiq göstərməməliyik, çünki bizdə çoxlu gənc və təcrübəsiz oyunçular var”.
Mövsümün sonuna kimi “Yuventus”un A Seriyasında “Empoli”, “Milan” və “Udineze” ilə matçları var. Turinlilər Avropa Liqasında yarımfinaldadır və mərhələnin ilk oyununda “Sevilya” ilə heç-heçə oynayıb. Cavab oyunu mayın 18-də keçiriləcək.
Mirağa