“İnter” in vitse-prezidenti Xavyer Zanetti Çempionlar Liqasının finalında qarşılaşmaq istədikləri rəqibin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı klub funksionerinin sitatını belə təqdim edib:
“Emosiyalar əladır – 13 ildən sonra Çempionlar Liqasının finalında oynamağa layiq idik. Komandamızın nailiyyəti istənilən halda, çox əlamətdardır. Rəqibimizi gözləyirik. Finalda "Real Madrid"lə qarşılaşmaq istəməzdim. Çünki bu turnir sanki onlar üçün hazırlanıb. Amma ən əsası odur ki, biz ora çatmışıq, yol çətin idi”.
"İnter" "Milan"ı hər iki görüşdə məğlub edərək (2:0, 1:0) Çempionlar Liqasının finalına yüksəlib. "Neradzurri"nin növbəti rəqibi bu gecə baş tutacaq "Mançester Siti" - "Real Madrid" matçının qalibi olacaq.
Mirağa