"İnter" "Sumqayıt"la matçın hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, dünəndən hazırlıqlara başlayan komanda bu gün "Şəfa" stadionunda növbəti məşqinə çıxıb.
Qaçış və yüngül isinmə hərəkətlərindən sonra futbolçular topla çalışıb. Ardından Kaxaber Tsxadadzenin yetirmələri taktiki tapşırıqlar üzərində işləyib və bir neçə komandaya bölünərək futbol oynayıb. Bel nahiyyəsindən zədə alan Ruslan Əmircanov fərdi proqram üzrə məşq edir. Ötən matçda zədə alan Laşa Salukvadze isə hələ məşqlərə qatılmır.
Fanat.az