"Şamaxı"nın yarımmüdafiəçisi Asim Əlizadə karyerasını ölkə xairicində davam etdirməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı futbolçunun xidmətində Latviyanın iki klubu maraqlıdır.
Bunlar sözügedən ölkənin elita təmsilçilərindən olan "Metta" və "Super Nova"dır.
"Metta" 13 turdan sonra turnir cədvəlində 5-ci, "Super Nova" sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, cari mövsüm "aslanlar"ın forması ilə biri Azərbaycan Kuboku, doqquzu Premyer Liqa matçı olmaqla ümumilikdə 10 oyuna çıxan Asim məhsuldar göstəricilərlə yadda qalmayıb. Əlizadə "Şamaxı"dan öncə digər Latviya təmsilçisi "Dauqavpils"in uğurları üçün çalışıb. Onun indiki klubu ilə olan müqaviləsinin müddəti bu yay başa çatacaq.
Nihat