FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının loqosu təqdim edib.
Fanat.Az ali futbol qurumunun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, loqoda kubok və yarışın keçiriləcəyi yer əksini əksini tapıb.
Təqdimat mərasimi Los-Anceles şəhərində baş tutub. Tədbirə FİFA prezidenti prezidenti Canni İnfantino, braziliyalı əfsanə Ronaldo, eləcə də ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqlar qatılıb.
Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikada keçiriləcək. DÇ-2026-da futbol tarixində ilk dəfə 48 komanda iştirak edəcək.
Nihat