PSJ-nin baş məşqçisi Kristof Qaltye komandanın bu gün baş tutacaq məşqində olmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı Paris klubunun rəsmi saytı yayıb.
Onun tibbi səbəblərdən çalışmalara qatılmayacağı bildirilsə də, bu barədə ictimaiyyətə dəqiq məlumat verilməyib. Mütəxəssisin sabahkı məşqə çıxacağı vurğulanıb.
Qeyd edək ki, Qaltye cari mövsümün əvvəlindən PSJ-nin baş məşqçisidir.
Nihat