Tanınmış italiyalı mütəxəssis Fabio Kapello dünən Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Mançester Siti"yə 0:4 hesabı ilə uduzaraq (ilk oyunda tərəflər hərəyə bir qol vurmuşdu) mübarizəni dayandıran "Real Madrid"in çalışdırıcısı Karlo Ançelottiyə məsləhət verib.
Fanat.Az-ın məlumatına görə, AS onun dediklərini belə çatdırıb:
"Bu, "Real" üçün çox ağır hesabdır. Ola bilsin ki, indi Braziliya millisindən aldığı təklif barədə düşünür. Razılaşaq ki, bu gün "Real"dan güclü komandalar var və siz karyeranızı dünya çempionatının qalibi olaraq bitirmək istəyirsinizsə, məhz Braziliya millisi xüsusi şansdır".
Nihat