"Çelsi" klubu Milan "İnter"inin argentinalı hücumçusu Lautaro Martinezə göz dikib.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Ekrem Konur yayıb.
Mənbənin məlumatına görə, "zadəganlar" tezliklə 25 yaşlı hücumçu üçün İtaliya komandasına ilk təklifini edəcək.
Lautaro Martinez "İnter"in əsas oyunçusudur. "Qara-göylər"lə birlikdə o, Çempionlar Liqasının finalına yüksəlib. Hücumçu Argentina millisinin heyətində Qətərdə keçirilən dünya çempionatının da qalibi olub.
Argentinalı bu mövdüm "İnter"in heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 25 qol vurub, 5 məhsuldar ötürmə edib.
“Çelsi”dən başqa, “Mançester Yunayted”, “Arsenal”, PSJ və “Real Madrid”in də Lautaronunu istədiyi bildirilir.
Mirağa