"Barselona"ya keçməyə yaxın olan "Mançester Siti"nin almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan İngiltərə Premyer Liqasında qala bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Qəzetin məlumatına görə, "Arsenal" türk əsilli ulduzu transfer etməkdə maraqlıdır. Xosep Qvardiolanın məşqçilər korpusunda olarkən Gündoğanla birgə çalışmış “topçular”ın baş məşqçisi Mikel Arteta onun keçidində israr edir.
İlkay 2016-cı ilin yayından “Mançester Siti”də oynayır. 32 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti iyunun sonunda başa çatır.
Gündoğan bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa