İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Danilo Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda komandasının "Sevilya"ya 1:2 hesabı ilə uduzaraq (birinci matçda tərəflər hərəyə 1 qol vurmuşdu) mübarizəni dayandırmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu UEFA-nın saytına danışıb:
"Bu, üzücü məğlubiyyətdir. Çünki güclü rəqiblə səfər oyununa yaxşı hazırlaşmışdıq. Uşaqlar bacardıqlarını etdilər. Təəssüf ki, iki səhvə yol verdik. Məğlubiyyətə görə məsuliyyəti peşəkar inkişaf üçün belə qarşılaşmalara ehtiyacı olan gənc oyunçular yox, biz daşımalıyıq".
Qeyd edək ki, "Sevilya" finalda "Roma" ilə üz-üzə gələcək.
Nihat