Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"RMCSport": "Mançester Yunayted" "Borussiya Münhenqladbax"ın yarımmüdafiəçisi Manu Koneyə elçi düşüb. 21 yaşlı futbolçu cari mövsümün komandasının açar oyunçularından birinə çevrilib. "Qırmızı şeytanlar" yay transfer pəncərəsi dönəmində Koneni heyətinə qatmağa çalışacaq.
İnsayder Fabritsio Romano: "Bayern Münhen" "Real Madrid", "Barselona" və "Mançester Siti"nin planlarını pozub. Almaniya təmsilçisi hər 3 klubun hədəfində olan futbolçusu Yozua Kimmixi komandada saxlamaq qərarına gəlib. Yozua 2015-ci ildən "Bayern"də çıxış edir. Cari mövsüm Bundesliqada 31 matçda meydana çıxan yarımmüdafiəçi 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
"Inter Live": "Çelsi" "İnter"lə futbolçularını dəyişməyə hazırlaşır. London klubunun sahibi Todd Boeli italyanların qapıçısı Andre Onana üçün yarımmüdafiəçi Mateo Kovaçiçdən vaz keçməyə hazırdır. Kovaçiçin gələn il müqaviləsi başa çatacaq. "Çelsi" onu pulsuz buraxmaq niyyətində deyil. Bu səbəbdən kamerunlu qapıçının keçidi üçün Mateodan istifadə edəcək.
Röya