"Vilyarreal"ın təcrübəli yarımmüdafiəçi Dani Parexo karyerasını Premyer Liqada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, "Aston Villa" 34 yaşlı futbolçunu sıralarına qatmağa çalışır. Baş məşqçisi Unai Emeri olan Birmingem klubu yay transfer pəncərəsində 7 milyon avro qarşılığında Parexonu heyətinə qatmağa cəhd edəcək.
Onun "Vilyarreal"la müqaviləsinin müddəti 2024-cü ilin ortalarına qədərdir.
Dani bu mövsüm La Liqada 34 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa