"Milan"ın 8 futbolçusu cari mövsümün sonunda klubu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
İlk növbədə, “qırmızı-qaralar”ın icarəyə götürdüyü oyunçular komandanı tərk edəcək. Söhbət Aster Vranks, Serjinyo Dest və Tyemue Bakayokodan gedir. "Rossoneri"lər bu futbolçulardan heç birini almaq fikrində deyil.
Əvəzində "Milan" Brahim Diası saxlamaq istəyir, lakin ispaniyalının "Real Madrid"ə qayıtması ehtimalı yüksəkdir.
Bundan başqa, Oriqi, Junior Messias, Zlatan Ibrahimovic və Fode Ballo-Turenin mövsümün sonunda "qırmızı-qaralar"ı tərk edəcəyi bildirilir.
Mirağa