Cenoa klubunun müdafiəçisi Domeniko krişito karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı italiyalı futbolçu qərarı ilə bağlı bunları söyləyib: "Bu məqamın gələcəyini bilirdim. Hər bir peşəkar futbolçunun gec-tez qarşılaşacağı məqamdır. Bu uzun və həyəcanlı yolda mənimlə olan bütün insanlara təşəkkür edirəm. Ailəmə, həyat yoldaşıma, övladlarıma, bütün komanda yoldaşlarıma, prezidentlərimə, məşqçilərimə və xüsusən də "Cenoa" rəhbərliyinə mənə bu formanı sonuncu dəfə geyinmək imkanı verdiyi üçün təşəkkür edirəm. Oynamağı sonlandırıram, amma futbol dünyasını tərk etməyəcəyəm. Çünki futbol mənim üçün həyatdır".
Röya