"Neftçi" klubunun rəsmi "Facebook" səhifəsi etiraz videosu yayımlayıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu U-14 komandasının "Sabah"ın eyni yaş qrupundan olan komandasına qarşı görüşündə hakim səhvinə məruz qaldıqlarını bildirib.
Paylaşımda qeyd olunub: "U-14 Liqasının 1/2 final mərhələsinin ilk oyununda komandamızın hakim tərəfindən sayılmayan qolu. Oyunun “qəhrəmanlar”ı baş hakim Murad Səlimov, köməkçiləri Rasim Axundov və Zakir Şükürzadə".