"Barselona" müdafiəçisi Jordi Alba ilə yolları ayırmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Futbolçuya yüksək maaş ödəyən Kataloniya klubu 34 yaşlı Jordini pulsuz buraxmağa da razıdır.
Xəbərə görə, Albanın İtaliya A Seriyasına keçmək imkanı var. Belə ki, ispaniyalı oyunçunu "İnter" və "Yuventus" heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Alba cari mövsüm La Liqada 22 matçda meydana çıxıb. 2 qol vuran müdafiəçi 3 məhsuldar ötürmə ilə də fərqlənib.
Röya