Müqavilə ilə "Real Madrid"ə məxsus olan yarımmüdafiəçi Brahim Dias karyerası ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, hazırda icarə əsasında "Milan"da çıxış edən futbolçu İtaliya klubunda qalmaqda qərarlıdır.
Bu barədə İnsayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər 23 yaşlı ispaniyalının birdəfəlik transferi ilə bağlı danışıqlara başlayıblar.
Dias bu mövsüm "Milan"ın heyətində 43 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" ispaniyalının dəyərini 20 milyon avro qiymətləndirir.
Mirağa