Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən 39-cu Avropa çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı gimnastımız top ilə final çıxışında hakimlərdən 32,850 xal alıb.
Bu, Zöhrənin karyerasında ilk AÇ medalı olub.
İtaliyalı gimnast Sofia Raffaeli 33,650 xalla yarışı birinci, Bolqarıstan idmançısı Stiliana Nikolova 33,350 xalla ikinci pillədə başa vurublar.
Xatırladaq ki, gənclərdən ibarət qrup hərəkətləri komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.