İtaliya A Seriyasında 35 oyundan sonra 69 xalla ikinci yerdə qərarlaşan "Yuventus" 12 xaldan məhrum ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Nəşrin məlumatına görə, sanksiya ilə bağlı qərar sabahkı məhkəmə iclasında veriləcək.
Klubun maliyyə pozuntuları ilə bağlı istintaq 400 gündən çox davam edir. Prokurorluq 9-12 bala qədər cərimə tələb edir. Klub həmçinin, cərimələnə də bilər.
Mirağa