"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri klubdakı gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisində qalıb-qalmayacağı ilə bağlı suala aydınlıq gətirən mütəxəssisin dediklərini "Corriere dello sport" belə çatdırıb:
“Klub rəhbərliyi ilə danışıb fikirlərimi bölüşmüşəm. Amma indi gələcək haqda danışmağın yeri deyil, çünki qarşıda vacib matçlarımızı düşünməliyik. İki illik müqaviləm var. Əlbəttə, qalmağın tərəfdarıyam. Amma buna tək mən qərar vermirəm. Mən ancaq öz seçimimi açıqlaya bilərəm, başqalarının nə düşündüyünü bilmirəm. Klubun söz sahibləri qərarını verəcək, biz həmişə olduğu kimi, işləməyə davam etməliyik".
Qeyd edək ki, "Yuventus" hazırda A seriyasında 69 xalla 2-ci yerdədir. Maliyyə pozuntularına görə komandanın hesabından 12 xal silinəcəyi gözlənilir.
Mirağa