"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubunun onun "Mançester Yunayted"ə satılması üçün danışıq apardğını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "NOS.nl" 26 yaşlı niderlandlı ulduzun dediklərini belə çatdırıb:
"Klub çətin duruma düşmüşdü. Məni böyük pullar qarşılığında sata bilərdilər. Bunu etmək üçün "Mançester Yunayted"lə danışıq aprırdılar. Amma mən getmək istəmədim və komandada qaldım".
Qeyd edək ki, De Yonq "Barselona"ya 2019-cu ildə "Ayaks"dan transfer olunub.
Nihat