Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Il Mattino": "Mançester Yunayted" Kim Min Cjenin transferini yekunlaşdırmaq üzrədir. "Napoli"də çıxış edən 26 yaşlı cənubi koreyalı müdafiəçi Erik ten Haqın hədəfidir. İngiltərə klubu artıq Kimin məskunlaşacağı evi də təşkil edib. Futbolçunun yeni evi "Olderli-Edj" məhələssində yerləşir.
"TMW Radio": İtaliyalı menecer Massimo Brambati "Çelsi"nin "Yuventus"un hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaq istədiyini açıqlayıb. 23 yaşlı serbiyalı forvardın xidmətində "Bayern Münhen" və "Atletiko Madrid" də maraqlıdır.
Bu ilin yanvar ayında "Fiorentina"dan "Yuventus"a keçən Vlahoviç cəmi 10 qol vurub. Hücumçudan istədiyi nəticəni görə bilməyən A seriyası klubu onunla vidalaşmağa hazırdır.
İnsayder Florian Plettenberq: "Barselona"nın hədəfində olan yarımmüdafiəçisi Yozua Kimmix klubu "Bayern Münhen"i tərk etmək niyyətində deyil. Kataloniya təmsilçisi isə onu veteran futbolçusu Serxio Busketsə əvəzedici olaraq düşünürdü. Xavinin Kimmixi komandasında görmək istəyinə baxmayaraq, o, Münhendə qalacağını bildirib. Yozua "Barselona" ilə heç bir danışıq olmadığını açıqlayıb.
Röya