"Mançester Siti" cari mövsüm unikal nəticəyə imza atıb.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, "şəhərlilər" bütün turnirlərdə çıxdığı ev oyunlarında 100 qol vurmağı bacarıb.
Bu Avropanın "böyük beşlik" klublarının heç birinin nail ola bilmədiyi nəticədir.
İkinci yerdə 66 qolla "Bayern Münhen" qərarlaşıbsa, "Mançester Yunayted" (65) bu göstəricidə üçüncüdür.
Nihat