"Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveş "Barselona"ya keçir.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Xəbərə görə, klubundan ayrılacağını hələ ötən ildən açıqlayan Neveş artıq Kataloniya təmsilçisi ilə anlaşıb.
Tərəflər arasında sözləşmə 4 il müddətinə nəzərdə tutulub. Futbolçu üçün tələb olunan məbləği ödəməkdə çətinlik çəkən "Barselona" anlaşmaya Ansu Fatini daxil edib. Transferin 30 iyun tarixində rəsmiləşəcəyi bildirilir.
Röya