"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının 37-ci turunda "Brentford"a uduzduqları matçdan sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, İngiltərə millisinin ulduzunun dediklərini "Daily Mail" belə çatdırıb:
"Həmişə demişəm ki, bu mövsümə köklənmişəm və komandama bacardığım qədər kömək etmək istəyirəm. Edə biləcəyim budur.
Qarşıda uzun yay var. Yenidən uğura nail olmaq üçün komandada çox şey dəyişməlidir. Hazırda son həftədən zövq almaq, mövsümü qələbə ilə başa vurmaq istəyirəm".
Qeyd edək ki, Keyn bu mövsüm İPL-də 37 matça çıxaraq 28 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat