Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatında səkkiz ölkənin komandası medal qazanıb.
Fanat.Az xəbər verir ki, bir qızıl və dörd bürünc medal qazanan Azərbaycan milli komandası ümumi hesabda beşinci yeri tutub.
Bolqarıstan 5 qızıl, 5 gümüş və 3 bürünc medalla birinci olub. İkinci yerdə İsrail (2-5-1), üçüncü pillədə İtaliya (2-1-2) qərarlaşıb.