"Arsenal" 3 futbolçu ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bunlar "Vest Hem"dən Deklan Rays, "Çelsi"dən Meyson Maunt və "Mançester Siti"dən İlkay Gündoğandır.
Məlumatı "The Athletic" yayıb. Orta xətti gücləndirməyi planlaşdıran Mikel Artetanın əsas hədəfi Raysdır. Ancaq futbolçunun klubu ilə müqaviləsi hələ 1 il sonra başa çatacaq.
"Liverpul" və "Mançester Yunayted"in də hədəfində olan Mauntun da "Çelsi" ilə sözləşməsi 2024-cü ildə sonlanacaq. 32 yaşlı Gündoğan isə yayda azad agent ola bilər.
Röya