09:54 23.05.2023 516

28 mayda məlum olacaq ki... - Tura baxış

Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları başa çatdı.

Üç görüşün “sülh”lə nəticələndiyi oyunda 4-cü və sonuncu pillənin sahibinin kim olacağına aydınlıq gəlmədi. Amma dəqiqləşən bir məsələ oldu ki, elitada qalmaq uğrunda mübarizə “Səbail”lə “Şamaxı” arasında gedəcək. “Sumqayıt” “Qarabağ”ı səfərdə məğlub etməklə elitadakı yerini təmin etməyi də bacardı.

“Kəpəz” - “Neftçi” 1:3
Qollar:
Abdullahi Şuaybu, 45+3 - Ataa Caber, 64. Ömər Buludov, 87. Kilan Lebon, 90+4.

"Kəpəz": 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior,19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov,80. Tural Rzayev,2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.
"Neftçi": 1. İvan Brkiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç (k), 23. Ataa Caber, 22. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 2. Mert Çelik, 84. Hüseyn Babayev, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 9. Mateus Saldanya.
Baş məşqçi: Laurentsiu Regekampf.

Heç nəyi həll etməyən oyunda “Neftçi” “Kəpəz” üzərində əzmkar qələbə qazandı. Bu qarşılaşmaya qədər “Neftçi” üçünci pilləni təmin etmişdisə, “Kəpəz” üçün elitanı tərk etmək qorxusu aradan qalxmışdı. Bununla belə gəncəlilər ilk hissədə “Neftçi”yə qarşı döyüşməyi bacardı. Hətta qonaqlar fasiləyə üstün yollanmağı bacardılar. Şuaybu birinci hissəyə əlavə olunmuş üçüncü dəqiqədə “Kəpəz”i önə çıxardı. Amma qələbə hesabını qorumaq mümkün olmadı. “Neftçi” səviyyə fərqini ikinci hissədə ortaya qoydu. Ataa Caber 64-cü dəqiqədə hesabı bərabərləşdirməyə bacardı. Bundan sonrası “Kəpəz” üçün daha çətin oldu. Nominal qonaqların təzyiqi 87-ci dəqiqədə bəhrəsini verdi. Ömər Buludov “Neftçi”ni önə çıxardı. Lebon 94-cü dəqiqədə yekun hesabı müəyyənləşdirdi, “ağ-qaralar” Qəbələdə 3:1 hesablı qələbəyə sevindilər.
“Neftçi” 65 xalla 3-cü pillənin sahibidir, 30 xallı “Kəpəz” isə səkkizinci sırada qərarlaşıb.

“Turan Tovuz” – “Səbail” 2:2
Qol: Şəhriyar Əliyev, 2. Ayxan Hüseynov, 49 - Franko Mazurek, 73. Qoba Zakpa, 90+3

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 44. Elçin Qasımov, 83. Hüseyn Hüseynov, 17. Natan Oduva, 24. Divayn Naa.
Baş məşqçi: Ayxan Abbasov.
"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 27. Emil Martinov, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 88. Matiya Lyuyiç, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.

“Səbail” Tovuzda qələbə qazana bilsəydi, böyük ölçüdə elitada qalmaq vəzifəsinin öhdəsindən gələcəkdi. Amma erkən qol vuran meydan sahibləri bu istəyin reallaşmasına imkan vermədilər. Görüşün 2-ci dəqiqəsində Şəhriyar Əliyev cərimə meydançasındakı qarışıqlıqdan istifadə edərək hesabı açdı. Fasiləyə qədər qonaqlar “Turan Tovuz”un qapı torunu silkələməyi bacarsalar da, hakimlər bu qolu hesaba almadılar. İkinci hissənin əvvəlində qərb təmsilçisi daha bir qol vurdu. Ayxan Hüseynov “Turan Tovuz”un üstünlüyünü iki topa çatdırdı. Bununla belə sona qədər “döyüşən” “dənizçilər” məğlubiyyətdən qaça bildirlər. Mazurek 73-cü dəqiqədə, bundan 20 dəqiqə sonra isə Zakpa “Səbail”i məğlubiyyətdən qurtaran qollara imza atdılar.

39 xallı “Turan Tovuz”un mövsümü 6-cı sırada bitirəcəyi dəqiqləşib. “Səbail” isə 26 xalla 9-cudur. Onları qarşıda “Şamaxı” ilə “ölüm-qalım” savaşı gözləyir.

“Sabah” – “Zirə” 0:0

"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 19. Con İrasabal.
Baş məşqçi: Murad Musayev.
"Zirə": 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 2. Sertan Taşkın, 66. Pərviz Azadov, 96. Donald Gerye, 9. Loris Broqno, 5. Moiz Adileu, 28. Abbas İbrahim, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

Masazırda keçirilən qarşılaşmada da qapılara qol vurulmadı. İlkin görüntü də belədir ki, bu xal itkisi “Zirə”nin ürəyincə olmadı. Çünki qəsəbə təmsilçisi 4-cü pilləni tutmaq üçün sonuncu turda səfərdə “Sumqayıt”ı məğlub etməli, “Qəbələ”nin isə “Kəpəz”ə uduzmasını gözləməlidir. Turnir cədvəlinin hazırkı vəziyyəti Rəşad Sadıqovun komandası üçün elə də ürəkaçan deyil. “Zirə” 35 oyunda 47 xal toplayıb və 4-cü sıradakı “Qəbələ”dən iki xal geri qalır. 81 xallı “Sabah” isə çoxdandır ki, özünü ikinci pillədə rahat hiss edir.

“Şamaxı” – “Qəbələ” 0:0

"Şamaxı": 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 15. Emin Zamanov, 2. Rauf Hüseynli, 4. Arsen Ağcabəyov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 79. Emil Qasımov.
Baş məşqçi: Vüqar Əsgərli.
"Qəbələ": 13. Kristof Atanqana, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

“Turan Tovuz”la qarşılaşan “Səbail” kimi “Şamaxı” üçün də bur tur unutmamaq vacib idi. Di gəl ki, əyalət təmsilçisi 3 xalı bayram etməyi bacarmadı. “Qəbələ” ilə oyun gözlənildiyi kimi ağır keçdi və tərəflərdən heç biri fərqlənməyi bacarmadı. “Şamaxı” güclü rəqibinə uduzmamasıyla təsəlli tapsa da, bu bir xal onların sonuncu pilləni tərk etməsi üçün yetərli olmadı. Bütünlüklə yerli futbolçulardan qurulmuş heyətlə mübarizə aparan “şirlər” 25 xalla turnir cədvəlinin sonuncusudur. “Qəbələ” isə 49 xalla 4-cü pilləni özündə saxlamağı bacarır. Bu isə o deməkdir ki, həm 4-cü pillənin sahibinin, həm də turnir cədvəlinin sonuncusunun adına 28 mayda keçirilməsi planlaşdırılan son turun oyunlarından sonra aydınlıq gələcək.

“Qarabağ” – “Sumqayıt” 1:2
Qol:
Riçard Almeyda, 88 - Vüsal İsgəndərli, 33-pen. Səbuhi Abdullazadə, 39.

"Qarabağ": 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 87. Adama Diakabi, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
"Sumqayıt": 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 22. Dieqo Karioka, 7. Terrens Tisdel.
Baş məşqçi: Samir Abasov.

Çempionluğu ötən tur “Səbail” üzərindəki qələbədən sonra təmin edən “Qarabağ” mövsümdəki ikinci məğlubiyyətini aldı. “Azərsun Arena”dakı qarşılaşmada “Sumqayıt” daha istəkli görünürdü. Bu istəyin də qarşılığı 2:1 hesablı qələbə oldu. Vüsal İsgəndərli 33-cü dəqiqədə penaltidən hesabı açdı. “Qarabağ” bundan 6 dəqiqə sonra qapısında növbəti qolu gördü. Abdullazadə 39-cu dəqiqədə “Sumqayıt”ın üstünlüyünü artırdı. Riçard Almeydanın 88-ci dəqiqədə vurduğu baxımlı qol isə zəif təsəllidən başqa heç nəyə yaramadı.

Bu qələbə sayəsində “Sumqayıt” xalını 31-ə yüksəltdi və sonuncu pilləyə düşmək qorxusunu da üzərindən atdı. 87 xallı “Qarabağ” isə rəqibləri üçün əlçatmazdır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X