Bu qış "Neftçi"nin Latviyanın "Dauqavpils" klubuna icarəyə verdiyi Ramin Nəsirlinin çıxışı Azərbaycan təmsilçilərinin də diqqət mərkəzindədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onunla "Kəpəz" və "Turan Tovuz" maraqlanır.
"Dauqavpils"də 9 nömrəli futbolkanı daşıyan, əsas heyətində möhkəmləndiyi komandada 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalan 20 yaşlı oyunçu Latviya çempionatının liderinin - "Riqa"nın da radarındadır. Hətta "Riqa"nın xorvat çalışdırıcısı Tomislav Stipiç özü şəxsən Raminin çıxışını diqqətdə saxlayır.
Qeyd edək ki, Nəsirli Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının da formasını geyinir.
Nihat