"Sumqayıt" heyətini yeni vingerlə gücləndirməyi planlaşdırır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu "Səbail"in futbolçusu Ruslan Hacıyevdir.
"Kimyaçılar" cari mövsümün sonunda komandası elitada qalsa belə, Bakı təmsilçisi ilə vidalaşmaq istəyən Hacıyevin özü ilə də bu barədə danışıb.
Düzdür, Ruslanı növbəti mövsümdən Premyer Liqada çıxış edəcəyi gözlənilən"Araz Naxçıvan" da istəyir. Lakin onun məhz "gənclik şəhəri" təmsilçisinə qoşulmaq ehtimalı daha yüksəkdir.
Nihat