Premyer Liqadakı debüt ilində elitada qalmağı bacaran "Turan Tovuz" növbəti mövsüm üçün iddiasını sürdürəcək.
Fanat.Az xəbər verir ki, ilk növbədə infrastruktura diqqət yetirən qərb təmsilçisi tablonun ardından projektorların da quraşdırılmasına başlayacaq.
Artıq bunun üçün lazım olan ləvazimatlar, konstruksiyalar bir neçə həftədir ki,Tovuz şəhər stadionuna gətirilib. Avadanlıqların quraşdırılmasına isə mövsüm başa çatandan sonra - iyun ayının əvvəllərində başlanılacaq.
Beləliklə, yeni mövsümdə "Turan Tovuz"ın ev oyunlarını yalnız günorta saatlarda deyil, günün istənilən vaxtında keçirmək mümkün olacaq.
Mirağa